22 iyul 2024 at 20:36
Jurnalist kodu: 5561
Xəbər kodu: 85546009
T T
0 Persons

Hizbullahdan sionistlərə xəbərdarlıq mesajı - Video

22 iyul 2024 at 20:36
Xəbər kodu: 85546009
Hizbullahdan sionistlərə xəbərdarlıq mesajı - Video

Tehran - İRNA - Livan Hizbullahı bu gün (bazar ertəsi) yaydığı videomüraciətində sionist rejim ordusuna Livanın cənubuna genişmiqyaslı hücum axmaqlığına qarşı xəbərdarlıq edib.

Livan Hizbullahına aid hərbi media müharibənin əvvəlindən bu hərəkatın döyüşçüləri tərəfindən sionist rejimin məhv edilmiş tankları yer almış video yayımlayıb.

Bu videoda Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın Aşura günü çıxışı zamanı etdiyi xəbərdarlıq mesajına uyğun olaraq bu hərəkatın zireh əleyhinə silahlarının görüntüləri nümayiş etdirilib.

Bu videoda sionistlərə xəbərdarlıq edilir ki, Livana daxil olsalar, onlar üçün heç bir tank qalmayacaq.

Hizbullah lideri ötən çərşənbə günü Aşura ilə bağlı çıxışı zamanı sionist rejimə xəbərdarlıq etdi ki, əgər onlar Livanın cənubuna daxil olsalar, daha tank çatışmamazlığı haqda söhbət olmayacaq. Çünki bu rejim üçün heç bir tank qalmayacaq.

8 oktyabr 2023-cü ildən etibarən hər gün Livan Hizbullahından ağır zərbələr alan sionist rejim ordusu bu uğursuzluğu kompensasiya etmək üçün hərdən bu ölkənin cənubundakı mülki insanları kor-koranə hədəfə alır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .